13 C
Baku
Sunday, September 29, 2024

Həyat – Kianu Rivzin gözləri ilə

“Zəhləm gedir, insanlar mənə yalan deyəndə. Zorakılığa nifrət edirəm, xüsusən də səbəbsiz yerə»

Mən çalışıram ki, öz həyatım haqqında düşünməyim. Çünki mənim həyatım yoxdur. Mənə müalicə lazımdır”.

— Kianu Rivz

Hollivud ulduzu Kianu Rivz 1964-cü ilin Sentyabrında Livanda dünyaya göz açmışdır. Onun atası amerikalı geoloq, anası isə ingilis əsilli rəqqasə olub. Kianu Rivzdə havay, ingilis, irland və çin qanları qatışır. Onun ekzotik və xoşagəlimli zahiri görünüşünü məhz bununla izah etmək olar.

Henry's Crime Press Conference - 10th Marrakech Film Festival

Tərcümədə Kianunun adı “dağ üzərində sərin meh” mənasını verir. Ona ən çox şöhrət qazandıran isə “Matritsa” trilogiyasında ifa etdiyi rol olub. Aktyorun sitatları gözəl qəlbə malik, öz işinə sadiq aktyor, qazandığı şöhrətə rəğmən yenə sadə və xeyirxah olmaqda davam edən bir insan kimi xarakterizə edir.

Kianu Rivzin uşaqlıq əyləncələri şahmat oyunları ilə bağlı olub.  Bundan əlavə o, xokkeyi çox sevirdi, həm də öz həyatını peşəkar idmanla bağlamaq istəyirdi. Xokkey komandasında Kianu qapıçı mövqeyində oynayırdı. Olduqca güvənli olduğuna görə ona “Divar” ləqəbi vermişdilər.

Kiano Rivz məktəbi bitirmək haqqında şəhadətnamə ala bilmir, çünki o dərslərini çox pis oxuyur.

"The Day The Earth Stood Still" Premiere - Red Carpet

“Sevirəm mahnı yazmağı. Sevirəm əsl dostlar yanımda olsun. Sevirəm səyahət etməyi. Sevirəm gitarada ifa etməyi. Bir də, yadımdan çıxmamış deyim ki, sevirəm pulsuz pivə içməyi”.

70-ci illərdə Kianu musiqi ilə maraqlanmağa başlayır. Bir zamanlar o bir neçə qrupun bas-gitara ifaçısı olur. Sonra isə onu reklam çəkilişinə dəvət edirlər. Bundan sonra Kinu Rivz müxtəlif təxəllüslər ilə bədii filmlərdə görünməyə başlayır. Prodüserlər belə hesab edirdi ki, Rivzin ekzotik adı aktyor karyerasında heç də onun xeyrinə işləməyəcək. Amma özünün ən yadda qalan filmlərində (“Sürət”, “Matritsa”, “İblisin vəkili”) Kianu rollara artıq öz adı altında çəkilib.

Şəxsi həyatında isə Rivzi faciələr izləyir. Onun qızı hələ dünyaya gəlməmiş vəfat edir. Daha sonra onun sevdiyi xanım Seym avtomobil qəzasında da həlak olur.

Diqqət yetirmək kimi sadə bir vərdiş, sizin həddindən çox vaxtınızı apara bilər.

Bir zamanlar mən həddindən çox kabus görürdüm. Mən hətta düşünürdüm ki, öləcəyəm.

Mən daha öz qrupumda ifa etmirəm. Onlar konsert turuna çıxır və müxtəlif işlər planlaşdırırdı, aktyor karyerası isə mənə bu özəllikləri dadmağa icazə vermirdi.

Mən özümü heç də yaraşıqlı və məftunedici hesab etmirəm. Amma bu o demək deyil, mən tamamı ilə ümidsizəm.

"Henry's Crime" Portraits - 2010 Toronto International Film Festival

Filmlərdə ən çox sevdiyim amillərdən biri, orada özünməxsus emosional və psixoloji diskussiyanın olmasıdır.

Müxtəlif ulduzlar ilə eyni çəkiliş meydançasında işləmək mənə həddindən artıq xoş idi. Bu heyrətamiz təcrübədir. Ümid edirəm ki, o davam edəcək.

Mən Avropanı çox sevirəm, bilmirəm bəlkə də bu qandan gəlir, ya genetikadan asılır, amma mən Avropanı həqiqətən çox sevirəm.

Mən Mikki Mausam. İnsanlar məni deyil, sadəcə kostyumumu tanıyırlar.

Nə vaxtsa rejissor olmaq istəyərəmmi, hələ ki bilmirəm. Amma dəqiq bilirəm ki, rejissor olmaq çox ağır işdir.

Pul elə puldur. Mənzil, restoran və s. xidmətlərin əvəzini ödəmək üçün vəsaitinin olması xoş bir hisdir. Belə bir şablon fikir var  – Xoşbəxtlik pulda deyil, amma o da məlumdur ki, məhz pulların sayəsində sən xoşladığın kimi həyat sürmək imkanı əldə edir, öz sərbəstliyini pulla qazanırsan” .

Mən istərdim ki, İsa məsihinin gündəliyini oxuyum. Onun çox maraqlı həyatı olub. Xüsusən də onun nədən başlayıb, sonda nəyə gəldiyini bilirsənsə. Onun hisslərini və fikirlərini bilmək çox maraqlı olardı.

Ən təhlükəli insan öz kölgəsindən qorxandır.

Keanu Reeves and a Mystery blonde go for a joyride

Ola bilsin ki, mən çox skeptik insanam, ola bilsin ki, ətrafımda hökm sürən bütün nifrətə və xaosa qarşı həddindən artıq həssasam – ətrafda baş verən hər şeyə məhəl qoymamaq, heç nə olmurmuş kimi davranmaq, yalnız özün haqqında düşünmək yəqin daha asan, daha  rahat olardı.

Elə anlar olur ki, qəlbim ağlayır, yas tutur, amam mən özümü həlak etmirəm. Mənə elə gəlir ki, gümrah insanam. Heç cürə bir yerdə otura bilmirəm . Ona görə də mən heç zaman oturaq həyat tərzinə, maddi dəyərlərin toplanmasına can atmamışam. Aktyor həyatı məni usandırmır. Biz sanki əsl səyahətçi şairlərik.

Mən özümü azad hiss etməyəndə və istədiyimi etmək üçün sərbəstliyi itirdiyimi duyanda, mən sadəcə müqavimət göstərirəm. Mən hər şeyə əks gedirəm.

Mənim bütün romanlarım qısa, lakin parlaqdırlar. Burda heç bir qəbahət görmürəm. Çünki mən heç zaman əbədi məhəbbət vəd etməmişəm.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.