6 C
Baku
Sunday, December 15, 2024

Psixologiya və pullar: Şüurumuzun 3 əsas yanlış fərziyyəsi

Ənənəvi iqtisadi davranış modellərinə əsasən, insanlar daha yaxşı nəticələr əldə etmək üçün öz maliyyələşmələrilə bağlı məsələlərdə məntiqi nəticələrə gəlirlər.

 

Lakin insanlar əksər hallarda irrasional qərarlar qəbul edirlər. İnsanlara xoşbəxtlik hissi bəxş edən istehlakçı davranışlarını heç də həmişə məntiqi və lazımli adlandırmaq olmur.

Pullara qarşı irrasional davranışı anlamaq yalnızca insanların məntiqsiz davranışlarını proqnozlaşdırmaq üçün deyil, həmçinin onların qərarlarına təsir etmək üçün də faydalı ola bilər.

Banker.az insanların məntiq və maliyyə davranışına təsir edən 3 əsas modeli təqdim edir.

1. Sahibolma effekti

Məhsulun dəyərinə uyğun olaraq qiymətinin artırılması məntiqi cəhətdən kifayət qədər qanunauyğun təsir bağışlayır, lakin insanlar bir qayda olaraq istənilən qiymət artımını ədalətsiz hesab edir.

İstehlakçılar qiymət artımı gördükdə ümumən məhsulu almamağa üstünlük verə bilərlər.

Sahibolma effekti – insanın artıq sahib olduğu əşyanı daha çox qiymətləndirməyə meyilli olduğu effektdir. Və o qiymət artımı müşahidə etdikdə belə hesab edir ki, onu artıq satın aldığı bir şeydən məhrum edirlər.

Bu fenomen itirmək qorxusu ilə bağlı ola bilər. Bu zaman insanlar hər hansı bir şeyin itkisindən yaranan ağrını şişirdir və bu əşyaya sahib olmağın məmnunluğunu qiymətləndirmir.

2. Mental mühasibat

Pulları saymaq mümkündür və 50 qəpik elə 50 qəpikdir. Lakin bizim şüurumuzda heç də bütün qəpiklər eyni dəyərə malik deyil.

“Mental mühasibat” termini Riçard Taler tərəfindən yaradılıb.

Nümunə olaraq, istirahət evi üçün 15 min dollar pul toplayan bir cütlük göstərilir. Bu cütlük artıq necə illərdir sözügedən bu evi almağı planlaşdırırdı. Onlar bu pulları 10% ilə əmanət hesabına yatırırlar.

Bununla eyni zamanda onlar 15%-lə 3 illik 11 min dollar kredit götürərək yeni avtomobil alırlar.

Sadə məntiqlə aydındır ki, cütlük istirahət evi üçün topladıqları pullar ilə avtomobil ala və üstəlik, banka əlavə pul ödəməyərək 5%-ə qənaət edə bilərdilər.

Lakin insanlar pulları müxtəlif məqsədlər və kateqoriyalara ayırmağa çalışır və bu, mental mühasibat sistemi ilə əlaqədardır. Hətta pulların mənbəyi insanları onları müxtəlif məqsədlər üzrə istiqamətləndirməyə vadar edə bilər.

3. Həddindən artıq əminlik

Həddindən artıq əminlik ona gətirib çıxarır ki, alıcılar yüksək qiymətə ən son yeni texnologiyaları əldə edirlər, investorlar isə əminliklə öz aktiv və gəlirlərinə uyğun olan səhmləri alırlar.

Bu onunla əlaqədar ki, onlar “qalibi” və yaxud ən yaxşı məhsul/aktivi təyin etmək bacarığına sahib olduqlarına əmindirlər.

 

Son xəbərlər
Digər xəbərlər