Tələblər:
– Ali iqtisadi təhsil;
– Mükəmməl mühasibatlıq biliyi;
– Analoji sahədə 3 il iş təcrübəsi;
– AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
– Analitik düşünmə və təklif vermə bacarıqları;
– Mükəmməl Microsoft Office (Excel-yüksək səviyyədə) proqramların biliyi;
– SQL bilikləri olan namizədlərə üstünlük verilir;
– ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
– Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
– Liderlik qabiliyyəti.
Vəzifə öhdəlikləri:
– Nəzarət edici orqanlara (Mərkəzi Bank, ADİF və s.) hesabatların təqdim olunmasına nəzarət;
– Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanmasına nəzarət;
– İdarəedici informasiya sistemi üzrə əsas işlərin aparılması, prosedurun yazılması və və ona uyğun fəaliyyət sxeminin qurulması;
– Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanmasına nəzarət;
– Kütləvi informasiya vasitələrinə açıqlanmaq üçün hesabatların hazırlanmasına nəzarət;
– Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi və təkliflərin verilməsi;
– Bankın ümumilikdə və ayrı-ayrı biznes sahələrinin təhlilində iştirak;
– Üzvü olduğu kredit komitələrində çıxarılan işlərin maliyyə təhlilini aparmaq.
Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– AR Əmək Məcəlləsi uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri.