Dünya rəqəmsal birjalarında ötən həftəni sonlarını əla performans göstərən “Bitcoin” bu həftə sonu kəskin ucuzlaşır. Azalma bazar kapitalizasyasında da kəskin eniş özünü göstərməkdədir.
Banker.az Coinmarketcap-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30 radələrində “Bitcoin” məzənnəsi 17%-dən çox uculaşaraq $14,207.20 səviyyəsində müəyyən olunub. Bu tendensiya həftənin ilk günlərindən bəri davam etməkdədir. Ötən həftənin son günündə 20 min dollarla tarixi rekordundan sonra 6 min dollar (10 min AZN-dən çox) ucuzlaşaraq 11 dekabr tarixinə olan məzənnəsinə enib. Bu isə o deməkdir ki, həftə başlanğıcında “Bitcoin” alan hər bir azərbaycanlı həftə sonunda 10 000 manatdan çox put itirib.
Hazırda kapitalizasiyası 238 mlrd dollardır ki, bu da 5 iş günü ərzində 98 mlrd dollar azalma deməkdir.
“Bitcoin” məzənnəsindəki kəskin azalma ilk deyilk. Belə ki, ötən noyabrda daha kəskin, yəni, $7,888-dan 30% ucuzlaşara $5,555-ə enmişdi. Məhz bu enişdən sonra məzənnə 4 dəfəyə yaxın qalxaraq 1 ay ərzində 20 min dollar olmuşdu.
Kapitalizasiyasına görə 10-luqda olan digər 9 kriptovalyutadan 8-də kəskin eniş var. Onlardan yalnız Ripple 25% bahalaşaraq $1.23 olub.
# | Adı | Bazar kapitalı | Qiymət | Həcmi (24 saat ərzində) | Dəyişmə (24 saat ərzində) |
1 | Bitcoin | $238,058,499,946 | $14,207.20 | $17,127,000,000 | -17.24% |
2 | Ethereum | $68,980,136,140 | $714.88 | $3,664,330,000 | -18.10% |
3 | Ripple | $47,771,951,251 | $1.23 | $4,846,150,000 | 25.00% |
4 | Bitcoin Cash | $44,403,285,287 | $2,632.23 | $3,531,030,000 | -27.72% |
5 | Litecoin | $14,904,168,021 | $273.90 | $1,783,080,000 | -17.50% |
6 | Cardano | $11,008,400,807 | $0.424591 | $132,903,000 | -15.25% |
7 | IOTA | $10,610,634,493 | $3.82 | $361,073,000 | -27.62% |
8 | Dash | $8,846,430,701 | $1,138.87 | $374,089,000 | -27.84% |
9 | NEM | $8,014,463,999 | $0.890496 | $126,249,000 | -10.01% |
10 | Bitcoin Gold | $5,719,272,648 | $342.06 | $335,987,000 | -22.79% |