“Əməliyyat bölməsinin” rəhbəri
Əsas vəzifələr:
- Filialın əməliyyat bölməsinin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;
- Filialın Fiziki və hüquqi şəxslərinin hesabları üzrə əməliyyatların aparılmasını təmin etmək;
- Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni müştəriləri banka cəlb etmək;
- Qanunvericiliyə və bankdaxili normativ sənədlərin tələblərinə əsasən müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Müştəri ehtiyacının analizini və çarpaz satışları həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təmin etmək;
- Filialın əməliyyat bölməsinin işinin təkmilləşdiriməsinə və inkişafına dair təklifləri vermək.
Tələblər:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
- Rəhbərlik və idarəetmə bacarığı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Analitik düşüncəyə malik olmalı;
- Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- Yaradıcı və təşəbbüskar olmalı;
- Komandada işləmək bacarığı.
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu bölməsinə “Əməliyyat bölməsinin” rəhbəri yazaraq [email protected] e-mail ünvanına göndərə bilər.