Müştəri xidmətləri təmsilçisi (reception)
Yerləşmə: Bakı və region filialları.
Vəzifə öhdəlikləri:
- Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.
Namizədə olan tələblər:
- Ali və yaxud orta-ixtisas təhsili;
- Yüksək kommunikasiya və müştəri yönümlülük;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
- MS Office proqramları üzrə biliklər;
- Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
- Məsuliyyətli olması, təzyiqə davamlılıq, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
- Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
- Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
CV-nizi e-mailin mövzu bölümündə müraciət etdiyiniz vakansiyanın adını göstərilməklə mövzuda
“Müştəri xidmətləri təmsilçisi (reception) ” [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.