Kart Biznesi departamentinin “Kart məhsulları və xidmətlərin inkişafı” şöbəsinin rəisi  — Rabitəbank

Kart Biznesi departamentinin “Kart məhsulları və xidmətlərin inkişafı” şöbəsinin rəisi 
Əsas vəzifələri:
  • Kart məhsullarının, xidmətlərinin inkişafı və satış prosesinin optimallaşdırılması;
  • Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası və satışı üzrə planların hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
  • Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı təhlil etmək;
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kompleks məhsullar hazırlamaq və təqdim etmək;
  • Şöbənin fəaliyyətinə dair metodologiyanın hazırlanmasını və tətbiqini təmin etmək;
  • Bankın Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət.
Namizədə olan tələblər:
  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Strateji düşünmə və davranma qabiliyyəti;
  • Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.  Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır “Kart məhsulları və xidmətlərin inkişafı” şöbəsinin rəisi “.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər