Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artmaqda davam edir. Bunu Rusiya İxrac Mərkəzinin (RİM) Bakıdakı nümayəndəliyinin açılış mərasimində çıxış edən RF-nin iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
Nazir RİM-in iki ölkə arasında müasibətlərin inkişafına şərait yaradacağını deyib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə çıxışında iki ölkə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu deyib: “Gördüyünüz kimi, bü gün hava da çox gözəldir. Bu da bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”.
Qeyd edək ki, bu ilin 10 ayında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,1 mlrd. dollar olub. Bu da ötən ilə nisbətən 51% çoxdur. Bu məbləğin 1,6 mlrd. dolları Rusiya ixracatının payına düşür. Ticarət dövriyyəsinin 1,5 mlrd. dolları isə qeyri-neft sektoru hesabına formalaşıb.