Naftalan “yaşlılar üçün turizm”ə uyğunlaşdırılacaq

Naftalanda turizmin inkişafı üçün yeni strategiya hazırlanacaq.

Naftalan şəhərində turizmin inkişaf etdirilməsi məqsədilə 2027–2030-cu illəri əhatə edən strategiya sənədinin hazırlanması nəzərdə tutulur.

Strategiya çərçivəsində Naftalan Regional Turizm Şurasının yaradılması və sənədin icrası üzrə Tədbirlər Planının təsdiqlənməsi planlaşdırılır.

Eyni zamanda şəhərdə ən azı 5 yeni turizm məhsulu və ya təcrübəsinin yaradılması, infrastrukturun isə “yaşlılar üçün turizm” prinsiplərinə uyğunlaşdırılması hədəflənir.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər