7 C
Baku
Thursday, December 12, 2024

“Dəmirbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“Dəmirbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onalara verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

“Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49 saylı qərarı ilə “Dəmirbank” ASC -nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası 23 dekabr 2017-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 5 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dəmirbank” ASC 25 dekabr 2017-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib“, – deyə məlumatda vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər