İyulda Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlirlər əvvəlki aya nisbətən 12,5 faiz azalaraq 13,76 milyard dollara düşüb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, ötən ay Rusiyanın neft və neft məhsulları ixracı iyunla müqayisədə 630 min barel azalaraq gündəlik 6,97 milyon barel olub. İyulda ölkənin neft ixracından gəliri əvvəlki aya nisbətən təxminən 2 milyard dollar azalıb.
İyulda Rusiyanın xam neft ixracı əvvəlki aya nisbətən 200 min barel azalaraq sutkada 5,6 milyon barel, neft məhsulları ixracı isə 430 min barel azalaraq gündəlik 1,4 milyon barel olub.
Keçən ay xam neft ixracından əldə edilən gəlirlər iyunla müqayisədə 1,11 milyard dollar azalaraq 11,11 milyard dollar, neft məhsulları ixracından gəlirlər isə 860 milyon dollar azalaraq 2,64 milyard dollar olub.
Rusiya Maliyyə Nazirliyi isə bildirib ki, ölkənin neft və təbii qaz gəlirləri bu ilin yanvar-iyul aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalaraq 4,6 trilyon rubla (təxminən 55,1 milyard dollar) enib.







