14 C
Baku
Sunday, November 24, 2024

Çin dünya ticarətində lider oldu

The Financial Times-a istinadən verilən məlumatlara görə, Çin 2013-cü ilin yekunlarına görə ilk dəfə dünya ticarətində liderə çevrildi.

Nəşrin məlumatlarına görə, ötən il Çində həyata keçirilən idxal və ixracın ümumi həcmi 4,16 trilyon dollar təşkil edirdi.

ABŞ-ın analoji göstəriciləri isə fevral ayında bəlli olacaq. Lakin 11 ayın nəticələrinə əsasən ABŞ-da idxal və ixrac əməliyyatlarının ümumi həcmi 3,57 trilyon dollar təşkil edir. Bu isə öz növbəsində Çinin ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük ticarət ölkəsinə çevrilmişdir.

Çin Xalq Respublikasının baş gömrük idarəsinin kompleks statistika bölməsinin rəhbəri Jzen Yueşen qeyd etmişdir ki, bu nəticələr ölkənin xarici ticarətinin inkişafında ən yüksək mərhələni təşkil edir. Onun sözlərinə görə, 2014-cü ildə Çini daha yüksək nəticələr gözləyir.

Son xəbərlər
Digər xəbərlər