Dövlət başçısı İlham Əliyev daha bir sərəncam imzalayaraq bir neçə şəxsi yeni adlandırılmış “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun (əvvəlki AİF) Himayəçilik Şurasının üzvləri təyin edib.
Banker.az xəbər verir ki, siyahı belədir:
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.