10 C
Baku
Friday, December 13, 2024

Benzin və dizelin qiymətinə təsir edə biləcək göstəricilər açıqlandı

 

Bakıda istehsal edilən neft məhsulları, əsasən də benzin və dizelin istehsal həcmi aşağı düşüb.

Bu ilin yanvar-noyabr aylarında Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 469,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 9,2 faiz azalıb.

Hesabat dövründə neft məhsullarından avtomobil benzininin istehsalı 4,7 faiz, neft koksunun istehsalı 6,8 faiz, neft bitumunun istehsalı 22,7 faiz, sürtkü yağlarının istehsalı isə 3,7 dəfə artıb.

Yanvar-noyabr aylarında paytaxtda dizel yanacağının istehsalı 20 faiz, yanacaq mazutunun istehsalı 42,6 faiz, ağ neftin istehsalı 6,9 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər