1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə Xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının maddi-texniki və maliyyə təminatını həyata keçirmək;”;
1.2. 5.5.6-cı yarımbəndə “regional bölmələrin” sözlərindən sonra “, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının” sözləri əlavə edilsin;
1.3. 5.5.7-ci yarımbənddə “bölmələrinin” sözü “bölmələrin” sözü ilə əvəz edilsin və həmin sözdən sonra “, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının” sözləri əlavə edilsin;
1.4. 5.5.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.5.8. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad edir, ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsinə dair təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;”.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”na aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
“5. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.”.