13 C
Baku
Sunday, November 24, 2024

Neftin qiyməti 68 dollar oldu – İki ilin zirvəsində

Dünya birjalarında neftin qiyməti 2 ilin rekordunu yenilədi.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 16 sent, yəni, 0,24% azalaraq 68.00$-a təklif olunub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 32 sent, yəni, 0,52% bahalaşaraq 61,95$-da qərarlaşıb.

Brent markalı neftin qiyməti sonuncu dəfə 2015-ci ilin 13 may tarixində bir barelə görə 68 dollardan yuxarı olub.

Son xəbərlər
Digər xəbərlər