“Delta Qrup C.O.” MMC fəaliyyət göstərdiyi 18 il ərzində daim istehsal etdiyi yüksək keyfiyyətli məhsullları və qabaqcıl şirkətlər ilə əməkdaşlığı sayəsində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Daimi inkişaf etmək və mütəmadi yeniliklərin həyata keçirilməsi şirkətin əsas dəyərlərindən biridir.
Azərbaycanın ən çox üstünlük verilən yerli markası olan “Bismak” rebrendinqini sizlərə təqdim edir. Rebranding etməkdə əsas məqsəd istehlakçılar ilə münasibətlərin yeni mərhələsinə çıxmaq, əlavə müştərilərin diqqətini cəlb etmək, artıq qazanılan müştərilərin loyallığını artırmaqdır.
Yenilənmiş loqotipin elementləri aşağıda məlumatları özündə əks etdirir. Öncədən arxa planı oval – yuvarlaq olan loqonun modern cizgilərlə kvadrat formada olan və hər kənarı Bismakın Güclü, Keyfiyyətli, Uğurlu və Tanınmış kimi əsas prinsiplərinə işarə edən amillər daha da təkmilləşdirilərək aşağıdakı kimi vurğulandı.
Güclü və Müasir (Strong & Be Modern)
Keyfiyyətli və Təbii (Qualitative & Be Fresh )
Uğurlu və Daim yenilənən (Recognizable & Be Trendy)
Tanınmış və Əla (Successful & Be Cool)
Loqotipin “B” hərfi Bismak markasının ilk hərfinə işarə edir. “!” ilə isə yeni loqonu daha da əminliklə pozitiv bir formada vurğulamaq istədik. Eyni zamanda “İ” hərfinin daha modern şəkildə təqdim olunmuş versiyasıdır.
Loqo 3 vizual formada təqdim olunur:
- Əsas məhsulların üst tərəfində təqdim olunan loqo
- Qutu və qablaşdırmaların arxa tərəfində şaqüli şəkildə təqdim olunan loqo
- Qutu və ambalajların arxa tərəfində üfüqi şəkildə təqdim olunan loqo
Yenilənmiş loqo ilə bərabər Bismak yeni sloqanı ilə fərqli mesaj vermək qərarına gəldi.
Möcüzələr yaradır → Bizi Birləşdirən Bir Dad!
Loqotipin yeni cizgisi ilə sizə eyni “Bismak” adının anlamını verərkən, qırmızı rəngi ilə pozitiv enerji verən, iştah açan bir marka olduğunu yansıtmaq istədi.