30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 mln. manat, cəmi öhdəlikləri isə 23,255 mln. manat təşkil etmişdir. Sektorun balans kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat olmuşdur. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artmışdır.
30 noyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.