Ayaz Əliyev İqtisadiyyat Nazirliyi Aparatının sədri təyin olunub.
A.Əliyev daha əvvəl aparat sədrinin müavini vəzifəsində işləyib.
A.Əliyevin dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi var. Prezidentin sərəncamı ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub.
Hazırda İqtisadiyyat Nazirliyinin aparat rəhbərliyi iki nəfərdən ibarətdir: Ayaz Əliyev sədr, Orxan Novruzov sədr müavini vəzifəsini daşıyır.