Struktur bölmə: Satış departamenti, Müştəri xidmətləri şöbəsi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə: Şöbə müdiri
Son müraciət tarixi: 10 yanvar 2018-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri:
1. Cəmiyyətin fərdi və korporativ müştəriləri ilə müqavilələrin hazırlanması, onların yenilənməsi, müştərilərin məlumat bazasının təkmilləşdirilməsi üzrə fəaliyyətin həyata keçirilməsində iştirak etmək;
2. Müqavilənin müddəti bitən müştərilərlə müqavilələrin yenilənməsi istiqamətində işlər aparmaq;
3. Yeni müştərilər tərəfindən daxil olan müraciətlərin aidiyyəti üzrə satış strukturlarına yönəldilməsi istiqamətində fəaliyyəti həyata keçirmək;
4. Müqavilə və şəhadətnamələrə hesab fakturaların vaxtında hazırlanmasına nəzarət etmək;
5. Müqavilə və şəhadətnamələrə xitamların verilməsinə nəzarət etmək;
6. Məlumat bazasının idarə olunmasını, təkmilləşdirilməsini və nəzarəti təmin etmək;
7. Müştərilər tərəfindən daxil olan sorğuların operativ, düzgün cavablandırılmasını təmin etmək;
8. Müştəri məmnuniyyətini təmin etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə ən azı 3 il, rəhbər vəzifədə 1 il olmaqla, ümumilikdə 4 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür.
Dil bilikləri: Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidir, ingilis dili biliyi üstünlükdür.
Kompüter bilikləri: MS Office
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, konfliktlərin/stresin idarə edilməsi, riyazi bacarıqlar, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydası: CV-lər “Müştəri xidmətləri- şöbə müdiri” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.