6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda siqaretə görə cərimələr artırılacaq

“Mövcud İnzibati Xətalar Məcəlləsində qadağan olunmuş yerdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulub. Amma bu mexanizm indiyə kimi işləməyib. Çünki icra mexanizmi olmayıb. Mexanizm olandan sonra cərimələrin məbləği artırılacaq”

Bu barədə Milli Məclisin deputatı Musa Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, nəzarət mexanizmi hazırlanandan sonra İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər olacaq.

“Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Cənab prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, qanunun icrası ilə bağlı mexanizm hazırlasın və lazımi orqanlar müəyyənləşdirilsin ki, kim nəzarət edəcək və nəzarət mexanizmi necə olacaq.

3 ay ərzində Nazirlər Kabineti qaydaları və icra mexanizmini hazırlayacaq. Ondan sonra İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olacaq. Həmçinin cəriməni verən şəxslər arasında differensiyallaşdırma olacaq. Təbii ki, hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyəti fərqli olmalıdır. Dünya təcrübəsində də belədir”, – deyə M.Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, siqaret qadağasına hansı qurumun nəzarət edəcəyini indidən demək olmaz: “Bəlkə, bu, bir qurum olmayacaq. Türkiyədə bu sahədə kollektiv şəkildə bir qurum fəaliyyət göstərir. Orada müxtəlif nazirliklərin, bələdiyyələrin və QHT-lərin nümayəndələri var. Bizdə isə bu, Nazirlər Kabinetinin hansı forma seçəcəyindən sonra bəlli olacaq”.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər