2 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatası ADİF-də yoxlamaları gələn ay yekunlaşdıracaq

Əmanətlərin Sığortalanması Fonduna (ADİF) ayrılan vəsaitlərin Hesablama Palatası tərəfindən həyata keçirilən auditinin fevral ayında başa çatdırılması nəzərdə tutulub.

Bu barədə Hesablama Palatasından məlumat verilib.

Hazırda lisenziyası geri alınmış ləğv prosesində olan və müflis elan edilmiş 5 bank üzrə (”Bank Standart”, “Kredo Bank”, “Zamin Bank”, Bank of Azerbaijan” və “Qafqaz İnkişaf Bankı”) ödənilən kompensasiyaların araşdırılması tam başa çatdırılıb. 4 bank (“Dekabank”, United Credit Bank”, AtraBank” və “Parabank”) üzrə isə tamamlanmaq üzrədir.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarət tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilə bilər. Yekun nəticələr Hesablama Palatasının fəaliyyətinə dair hesabata daxil ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər