Bank “BTB” ASC Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.
Baş hüquqşünas
İş barədə məlumat:
Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır;
Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin hüquqi ekspertizasını aparır;
Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
Müraciətlərin reyestrdə qeydiyyatını aparır.
Namizədə tələblər:
ali hüquqi təhsil;
bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
MS Office proqramlarından istifadə etmə bacarığı;
Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti,
Stressə davamlılıq;
Məsuliyyətlilik;
Ünsiyyət qurmaq bacarığı;
Sərbəst işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15.02.2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas) göstərməyiniz xahiş olunur.