-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankı iki şirkətlə müqavilə imzaladı

Azərbaycan Mərkəzi Bankının (AMB) satınalmalar komissiyası tenderin qaliblərini elan edib.

“Xalq qəzeti”nin 16 dekabr 2017-ci il tarixli nömrəsində dərc edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün süd məhsullarının satın alınması” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün qablaşdırılmış içməli 19 litrlik dispenser sularının satın alınması” ilə bağlı kotirovka sorğuları üzrə Satınalmalar Komissiyasının 26 dekabr 2017-ci il tarixli qərarına əsasən birinci məsələ üzrə “Atena” MMC, ikinci məsələ üzrə isə “Kristal Ltd” MMC qalib elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

 

Son xəbərlər
Digər xəbərlər