ABŞ-ın maliyyə naziri Skott Bessent sentyabrın 23-dən etibarən aviasiya xidmətləri təchizatçılarının İran aviaşirkətlərinə xidmət göstərdiklərinə görə ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəklərini bildirib.
Bu barədə Bessent Çin Dövlət Şurası Baş nazirinin müavini He Lifen ilə danışıqlar başa çatdıqdan sonra CNBC-yə bildirib.
Bessentin sözlərinə görə, söhbət hava limanlarında İran aviaşirkətlərinə xidmətlərin göstərilməsinə aid ediləcək tədbirlərdən gedir.
“Əgər onlar yerə enərsə, siz onlara yanacaq, eniş xidmətləri təqdim edə, bilet sata bilməyəcəksiniz, əks halda dollar sistemindən kənarlaşdırılacaqsınız”, – o bildirib.
Bessent həmçinin qeyd edib ki, Çin rəsmiləri ABŞ-nin İrana iqtisadi təzyiq göstərmək səylərində fəal iştirak edirlər.







