7 C
Baku
Thursday, December 12, 2024

MBA-nın qazandırdığı üstünlüklər

MBA proqramları ilk növbədə idarəetmə işində real təcrübəyə malik mütəxəssislərin, istənilən biznesi və ya müəssisəni idarə etmə qabiliyyətinə sahib rəhbərlərin hazırlanması üçün nəzərdə tutulub. MBA proqramları tək institusional, fundamental biliklər verməklə kifayətlənməyərək, biznesin təşkilində yeni biliklər və təcrübələr qazandırır. Bu günümüzdə idarəetmə sahəsində uğurlu karyeraya yaxşı təşkil edilmiş təhsil olmadan nail olmaq mümkün deyil. Günbəgün şirkətlərə təcrübəli mütəxəssislər tələb olunması halı artır.

Bununla da, yaxşı təhsil almış şəxslər əmək bazarında daha çox qiymətləndirilməyə başlayır. Bununla da əlaqədar olaraq, qərb biznes-məktəblərinin MBA proqramı layiq olduğu populyarlığı qazanıb.

Harada və nə qədər təhsil almağınızdan asılı olmayaraq, biznes-məktəblərin birində təhsil almaq qərarını qəbul etmək sizin gələcək həyatınıza və karyeranıza əhəmiyyətli dərəcədə təsir edəcək. Biznes-məktəblərin tələbələri yüksək səviyyəli biliklə yanaşı, başqa mədəniyyətlərə xas insanlarla ünsiyyətdə unudulmaz təcrübə əldə edirlər. Bu da öz növbəsində müxətlif ölkələr arasında qarşılıqlı əlaqələrini və münasibətlərini iqtisadi kontekstdə daha yaxşı başa düşməyə imkan verir. Bununla yanaşı əcnəbi dostlar yeni ideyaların və perspektivlərin yaranmasına kömək edir.

Biznes-təhsil zamanı digər ölkələr haqqında əldə edilən biliklər, əcnəbi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı qazanılan təcrübələr və təhsil zamanı əldə edilən iş əlaqələri MBA məzunlarını beynəlxalq səviyyədə işləyən şirkət və təşkilatların gözündə çox dəyərli mütəxəssis edir.

Kanadanın 29 universitetində 120,000 tələbə biznes-təhsil əldə edir və birinci və ikinci akademik dərəcə əldə edir: BBA (BachelorofBusinessAdministration) və yaxud MBA (MasterofBusinessAdministration). 16 universitet isə ExecutiveMBA (EMBA) proqramı təklif edir ki, burada bir ildə 1,400 tələbə təhsil alır.

Kanada universitetlərinin biznes-məktəbləri müxtəlif istiqamətlər üzrə MBA proqramı təklif edirlər. Buraya maliyyə, informasiya texnologiyalarının idarə edilməsi, marketing, strateji menecment, özəl sahibkarlıq, biotexnologiyalar, beynəlxalq biznes, mühasibatlıq, kadr siyasəti və s. daxildir. Burada təhsil müddəti 12 aydan 20 aya qədərdir.

Kanadanın bəzi özəl kollecləri amerikan biznes-məktəblərinin MBA proqramını təklif edir. Bu zaman təhsil prosesi həm kanadalı, həm də amerikalı müəllimlər heyəti tərəfindən aparılır. Bu proqramın məzununun aldığı diplom Amerikada eyni proqram üzrə diplom almış məzunun diplomundan heç nə ilə fərqlənmir. Bu cəhət bir çox tələbələri özünə cəlb edir. Çünki Kanadada yaşamaq və təhsil almaq Amerikadakı analoji yaşayış və təhsil qiymətlərindən ucuzdur. Sonda əldə edilən diplomlar isə eynidir.

Son xəbərlər
Digər xəbərlər