İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin treyderi
Öhdəliklər:
- Ticarət strategiyasına uyğun sabit gəlirli qiymətli kağızların axtarılması, seçilməsi və alqı-satqısı;
- Müxtəlif pul bazarları alətlərinin alqı-satqısı;
- Kontragent banklarla əlaqələrin saxlanılması;
- Maliyyə bazarlarına, investisiyalara və istiqrazlara dair məlumatların toplanması;
- Portfeldə olan qiymətli kağızların gündəlik monitorinqi.
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə/iqtisadi/riyazi). Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya CFA sahəsində nailiyyətləri olanlara üstünlük verilir;
- Təcrübə: Beynəlxalq maliyyə bazarlarında 1 ildən çox analoji iş təcrübəsi;
- Dil bacarığı: Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarığı vacibdir;
- Kompüter bacarığı: Yüksək səviyyədə kompüter savadı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;
- Digər bacarıqlar:
- Maliyyə bazarlarını, qiymətli kağızlara dair investisiyaları dərindən anlamaq. Müxtəlif tipli və strukturlu maliyyə alətlərini tanımaq və onları portfelin idarə edilməsinə tətbiq edə bilmək;
- Portfelin qurulması və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq. Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.