“Gənclik”də iki park birləşdirilir

Metronun “Gənclik” stansiyasının yaxınlığında iki böyük piyada məkanı olan “Atatürk” və “Antena” parklarını birləşdirəcək layihə üzrə işlər davam edir.

Sosial şəbəkələrdə parkdakı fəaliyyəti əks etdirən yeni görüntülər yayılıb.

Qeyd edək ki, həyata keçirilən layihənin məqsədi bu ərazini piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir. Bununla “Atatürk” və “Antena” parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər