12 C
Baku
Monday, November 25, 2024

Polşa milli kriptovalyuta üzərində işləməyə başladı

Digər Avropa ölkələri ilə müqayisədə Polşa blockchain texnologiyasına çox proqressiv yanaşır. Ölkədə İdarəetmə və Rəqəmsal Texnologiyaların Tətbiqi Nazirliyinin nəzarətində altında The Polish Blockchain Technology Accelerator (PATB) təşkilatı fəaliyyət göstərir.

Banker.az xəbər verir ki, bu gün akselatorun komandalarından birinin Digital PLN (dPLN) milli rəqəmsal valyutanın yaradılması üzərində işlədiyi məlum oldu.

Layihənin ümumi büdcəsi təqribən 4 milyon dollardır. Nazirlik məbləğin 90%-ni Milli Araşdırma və İnkişaf Mərkəzindən cəlb edib.

Komanda artıq dPLN-in baza versiyasını yaradıb və indi şifrənin genişlənmiş versiyası üzərində işləyir. İki həftədən sonra proqram təminatının sınaqdan keçirilməsinə başlanılacaq.

Bundan əlavə, ekspertlər valyuta riskini istisna etmək üçün kriptovalyutanın məzənnəsini Polşa zlotası ilə əlaqələndirməyi təklif edir (100 PLN = 100 dPLN). Lakin bunun üçün əlavə olaraq hökumətin təsdiqi lazım gələcək.

Ölkə nazirliyi həmçinin 2018-ci ildə bir neçə ölkənin öz milli kriptovalyutalarını yaradacağını proqnoz edib. Polşa dPLN milli rəqəmsal valyutasını isə dünyanın istənilən valyutası ilə əlaqələndirmək mümkün olacaq.

Son xəbərlər
Digər xəbərlər