2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 249,2 min ton gübrə və azot birləşmələri istehsal edilib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,9% azdır.
Hesabat dövründə karbamid istehsalı 248,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 21,1% azalma deməkdir.
İyulun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 70,9 min ton karbamid ehtiyatı qalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar–may aylarında Azərbaycan 124 min ton karbamid ixrac edib və bundan 53,5 milyon ABŞ dolları gəlir əldə edib. İxracın həcmi illik müqayisədə 54%, dəyəri isə 32,2% azalsa da, dünya bazarında qiymətlərin yüksəlməsi nəticəsində orta ixrac qiyməti hər ton üçün 431 ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,2% çoxdur. Əsas ixrac bazarı əvvəlki kimi Ukrayna olaraq qalıb, eyni zamanda Hindistan yeni əsas alıcılardan birinə çevrilib.







