Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekuta ilə görüşüb.
Banker.az bu barədə Nazirliyin Media və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Buna da bax –Sabiq bankir Vergilər nazirliyində direktor təyin edildi
Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər.
Açıqlamada qeyd edilir ki, görüşdə ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.