Dövlətə məxsus “Təmiz Şəhər”dən 5,7 milyonluq zərər — Üst-üstə yığılmız zərər 249 milyonu keçdi

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Təmiz Şəhər” ASC 2025-ci ili 5,7 milyon manat xalis zərərlə başa vurub. Şirkətin xalis zərəri əvvəlki illə müqayisədə 239,9% artıb. 2024-cü ildə bu göstərici 1,7 milyon manat olub. Hesabat dövrünün sonunda şirkətin yığılmış zərəri 249,2 milyon manata çatıb.

Banker.az bu barədə “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən aparılmış audit hesabatına istinadən xəbər verir. Dövlət şirkəti əvvəlki illərdən fərqli olaraq hesabatı ikinci il keçmədən təqdim etsə də, açıqlanan elektron sənəd (.pdf) cəmi 5 səhifədən ibarətdir. Sənədin yalnız 3 səhifəsi bilavasitə hesabatı əhatə edir.

Dövlət  Şirkətin gəlirləri 2025-ci ildə 36,8 milyon manat təşkil edib və əvvəlki illə müqayisədə 11,5% azalıb. Eyni zamanda, ümumi əməliyyat xərcləri 41,6 milyon manata yüksələrək 16,1% artıb. Əsas xərc maddələri əməkhaqqı olaraq qalmaqdadır. Bu xərclər üzrə 12,7 milyon manat, elektrik enerjisi üzrə 11,8 milyon manat, köhnəlmə və amortizasiya üzrə 3,3 milyon manat və sosial təminat xərcləri üzrə 2,7 milyon manat olub.

Şirkətin ümumi aktivləri ilin sonunda 47,5 milyon manat təşkil edib və il ərzində 22% azalıb. Öhdəliklər 5,7 milyon manat olmaqla 16,2% artıb, kapital isə 41,8 milyon manata düşərək 25,4% azalıb. Debitor borcları 1,5 milyon manata yüksələrək 62,9%, vergi üzrə debitor borcları isə 3,7 milyon manata çataraq 79,5% artıb. Pul vəsaitləri və onların ekvivalentləri 25,7 milyon manat olub və 23,7% azalıb. Mal-material ehtiyatları 1,1 milyon manatla 13,8% azalıb.

Şirkətin uzunmüddətli aktivləri 12 milyon manat təşkil edərək 38,7% azalıb. Bunun əsas hissəsini təşkil edən əmlak və avadanlıqların dəyəri 10,7 milyon manat olub və 44% azalıb. Qeyri-maddi aktivlər 1,3 milyon manata yüksələrək 189,8% artıb. Uzunmüddətli öhdəliklər 4,1 milyon manatla 5,6%, cari öhdəliklər isə 1,6 milyon manatla 57,7% artıb. Kreditor borcları və digər ödəniləcək vəsaitlər 1,5 milyon manat təşkil edərək 53,9% artıb.

Xatırladaq ki, “Təmiz Şəhər” ASC 2008-ci ildə Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması, utilizasiyası və zərərsizləşdirilməsi məqsədilə yaradılıb. Şirkət tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsinin təşkili ilə məşğuldur və Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarını idarə edir. Şirkət 2021-ci ildən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindədir.  “Təmiz Şəhər” ASC 100% dövlətə məxsus müəssisədir və şirkətdə təqribən 611 nəfər çalışır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər