2018 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Müəyyən edilsin ki, Azərbaycan Respublikasında keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2018-ci il martın 15-dən mayın 15-dək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.”
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart;
- 2018 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və “ASAN Vizay”ya sərəncamda irəli gələn tapşırıqların yerinə yetirilməsi taoşırığı verilib.