12 C
Baku
Monday, November 25, 2024

“PAŞA Bank” ili 59 mln. xalis mənfəətlə bitirdi – Əmanət portfeli böyüməkdədir

“PAŞA Bank” ASC-nin cəmi aktivləri ötən il ərzində 261,933 mln. manat artıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın 1 yanvar 2018-ci il tarixinə açıqlanan hesabatında deyilir.

Hesabata görə, cəmi aktivləri  il 7% artaraq 3,55 mlrd. manat təşkil edib. Bununda 943 mln. manatı müştərilərə verilən kreditlər təşkil edir. Məlumat üçün bildirək ki, bu ötən ilin ilk rübündə  868 mln. manat təşkil edirdi.

Cəmi öhdəlikləri ötən illə müqayisədə 13,3% artaraq 3,149 mlrd. manat həcimində olub.

Cəmi kapitalı ötən illə müqayisədə 84,56 mln. manata yaxın azalaraq 402,71 mln. manat olub. Burada 2,821 mlrd. manat olub ki, bu da hesabat dövrünün əvvəli ilə müqayisədə 20% artması deməkdir.

Bank ötən illə müqyisədə 53,10 mln. daha çox gəlir əldə edərək ümümi faiz gəlirlərinin həcmini 158,157 mln. manat çatdırıb. Bank ilin ilk yarım illiyini zərərlə bitiribsə,  son iki rübdəki gəlirləri hesabına 58,994 mln. manat xalis mənfəətlə bitirib. Bu, ölkədə fəaliyyət göstərən banklar arasında 3-cü ən böyük göstəricisi olan mənfəətdir. Lakin, “PAŞA Bank”ın müstəqil auditində 2016-cı ili Bank 69,288 mln. manat xalis mənfəətlə bitirmişdi. Bu da bu il ötən illə müqyisədə 10 mln. manat az mənfəətlə bitirməsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər