6 C
Baku
Sunday, December 15, 2024

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyəni tərk edir

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən törəmə şirkətinin fəaliyyətini dayandırmağa qərar verib.

Bu barədə informasiya agentliyi türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Agentlik bununla bağlı yaydığı açıqlamada müəyyən qiymətləndirmələrdən sonra Türkiyə ofisinin bağlanılmasına qərar verdiyini bəyan edib. Qeyd edək ki, sözügedən şirkət indiyə qədər ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 75 şirkətə reytinq verib.

Bu arada, “Fitch” yenidən Türkiyənin xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz isə “Sabit” saxlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər