11 C
Baku
Monday, November 25, 2024

Palata valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə “ATEF”i cərimələtdirib

Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələtdirib.

Buna səbəb MMC-nin valyuta tənzimi qaydalarını pozması göstərilib.

Palata şirkətin cərimələnməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Nəticədə şirkətlər qrupu inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin (66000 Avro x 20%=13.200 Avro x 2,0116=26.553,12) 20 faizi həcmində – 26 min 553 manatlıq cərimə edilib.

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar vә s. mәhsullar istehsal edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər