11 C
Baku
Monday, November 25, 2024

150 min manatlıq dələduzluq edən bank işçisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 150 min manatdan çox pulu  dələduzluq etməklə ələ keçirməkdə  təqsirləndirilən Vəfa Qurbanovaya hökm oxunub.

Hakim Azər Paşayevin icraatında olan prosesdə V.Qurbanova 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun himayəsində azyaşlı uşağı olduğu üçün hökmün icrası təxirə salınıb.

Sabiq bank əməkdaşı olan V. Qurbanova zərərçəkən Altay Sarıbalayevdən 156 min 200 manat alaraq ona aşağı kursla dollar verəcəyini vəd edib. Sonra isə pulu mənimsəyib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər