11 C
Baku
Monday, November 25, 2024

Palata ADIF-dəki yoxlamaların nəticəsini Milli Məclisə göndərir

Hesablama Palatasının kollegiya iclasında ləğv prosesində olan “Yunayted Kredit Bank”ın əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda (ADİF) aparılmış auditin nəticələrinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Palatanın mətbuat xidmətindən Banker.az-a bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.

Bundan  əlavə, iclasında dövlət büdcəsinin investisiya xərclərindən və ehtiyat fondlarından Təhsil Nazirliyinə əsaslı vəsait qoyuluşu üçün ayrılan vəsaitlərin istifadəsinə  dair yoxlamalarla bağlı da məsəllər müzakirə edilib.

Son xəbərlər
Digər xəbərlər