11 C
Baku
Monday, November 25, 2024

“Ata Bank” böyüdü: Aktivlərində 32% artım qeydə alındı

Azərbaycanın kommersiya bankı olan “AtaBank”ın cəmi aktivlərində il ərzində 32,4% artım qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın 1 yanvar 2018 tarixinə olan maliyyə göstəricilərində bu qeyd edilin.

Məlumata görə, hesabat dövrünün əvvəli ilə müqayisədə sonunda “AtaBan”kın aktivləri 153,32 mln. manat artaraq 625,86 mln. manat təşkil edib. İl ərzində aktivlərindəki bu artım fonunda bankın müştərilərə verdiyi kreditin artım faizi 14% olmaqla 464,03 mln. manat həcmində olub.

Əmanətçilərin inamını qazana bilib

“AtaBank” ASC-nin depozit portfelində müsbət göstəricilər qeydə alınıb. Belə ki, hesabat dövrünün əvvəli ilə müqayisədə əlavə 59,82 mln. manat cəlb etməklə portfelini 22% artırıb – 329,40 mln. manata çatdırıb.

Bankın cəmi öhdəlikləri 479,39 mln. manat təşkil edir. Bankın cəmi öhdəlikləri 146,47 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 2,5 dəfə çox artması deməkdir.

İli mənfəətlə bitirib

Bank 2017-ci ilin 12 ayında 47,262 mln. manata yaxın faiz gəliri əldə etməklə ili 362 min manat xalis mənfəətlə tamamlayıb.

Məlumat üçün bildirək ki, bank ötən ilin yay aylarında gənc “Caspian Devlopment Bank” ASC ilə “AtaBank” adı altında konsolidasiya olub. Bu birləşmə həm yerli, həm də xarici reytinq agentlikləri təfəndən müsbət hal kimi qarşılanmışdı.

Xatırladaq ki, Bankın maliyyə hesabatları artıq 15 ildir ki , beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilir. Hazırda bankın beynəlxalq audit şirkəti “Baker Tilly Azərbaycan” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər