10 C
Baku
Friday, December 13, 2024

Biznes proseslərin idarə olunması şöbəsi – Şöbə müdiri – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Biznes proseslərin idarə olunması şöbəsi 
Vəzifə : Şöbə müdiri

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  10 fevral 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin biznes-proseslərinin modelləşdirilməsi metodologiyasının hazırlanması, sistemləşdirilməsi və optimallaşdırılması;
2. Biznes proseslərin effektivliyin artırılması istiqamətində təkliflərin verilməsi;
3. Biznes proseslərin koordinasiyası;
4. Biznes proseslərin optimallaşdırılması zamanı aşkarlanmış risklərin müvafiq struktur bölmələr ilə müzakirə edilməsi;
5. Optimallaşıdırılmış və ya optimallaşdırılacaq biznes proseslərin istifadəyə verilməsi barədə təklif və rəylərin alınması mexanizmini hazırlamaq;
6. Mövcud biznes proselərin monitorinq edilməsi, davamlı şəkildə təkmilləşdirilməsi;
7. Optimallaşdırılmış biznes proseslərin təqdimatı.

Namizədə olan tələblər:

İş təcrübəsi : Biznes proseslərin idarə olunması üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İqtisadiyyat, tətbiqi riyaziyyat, riyazi analiz və ya riyazi modelləşmə ixtisasları üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür;
Dil bilikləri : Azərbaycan dilini yülsək səviyyədə, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : Maliyyə sahəsində iş təcrübəsi olan və  Lean Six Sigma (Black Belt, Green Belt) sertifikasiyalı namizədlərə üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “BPM” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər