Monteneqro noyabrın 1-dən Rusiya, Belarus, Çin, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşları üçün viza tətbiq edəcək.
Bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
“Monteneqro hökuməti 2026-cı il iyulun 23-də viza rejimi haqqında qərara əlavələr edilməsi barədə qərar qəbul edib, buna əsasən Belarus, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşlarına noyabrın 1-dən Monteneqroya daxil olmaq üçün viza lazımdır”, – qurumun məlumatında qeyd edilib.
Bildirilib ki, bu tədbir viza siyasətinin Avropa İttifaqı ilə tam uyğunlaşdırılması məqsədilə qəbul edilib.







