13 C
Baku
Monday, May 6, 2024

Mərkəzi Bankın 250 mln. manatlıq notları hərraca çıaxarılır

31 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Banker.az-a bu barədə BFB-dən məlumat daxil olub.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si 50100567S
Hərraca çıxarılan həcm 250 000 000 AZN
Notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti  28 gün
Ödəmə tarixi 28.02.2018

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər