Çin rekord həcmdə qızıl ehtiyatı toplayır

Çin 2026-cı ilin ilk səkkiz ayında rekord həcmdə qızıl idxal edib. Ölkənin qızıl tədarükü son illərin ən yüksək səviyyəsinə çatıb.

Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

İlin yanvar-avqust aylarında Çin 1 141 ton qızıl idxal edib. Bu, müşahidələrin aparıldığı bütün dövr ərzində ilk səkkiz ay üçün ən yüksək göstəricidir və artıq 2025-ci ilin bütün illik idxal həcmini üstələyir.

Mövcud temp davam edərsə, Çinin illik qızıl idxalı tarixdə ilk dəfə 1 700 tonu keçə bilər.

Bununla yanaşı, Çində fəaliyyət göstərən qızıl ETF fondları da ehtiyatlarını artırıb. Bu fondların qızıl aktivləri ilin ilk səkkiz ayında 44 ton artıb ki, bu da ötən ilin eyni dövründən 18% çoxdur.

Qızıl tələbinin artmasına əsas səbəblər sırasında investisiya marağının güclənməsi, qlobal iqtisadi qeyri-müəyyənlik və yuanın möhkəm məzənnəsi göstərilir. Güclü yuan xaricdən qızıl idxalını daha əlverişli edib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər