“Bitcoin”in qiyməti rəqəmsal birjalarda kəskin enişlə $9 mindən aşağı düşüb. Eniş isə davam etməkdədir.
Banker.az bu barədə “Coinmarketcap” platformasının Bakı vaxtı ilə saat 10:20 radələrinə olan göstəricilərinə istinadən xəbər verir.
Hazırda “Bitcoin”nin qiyməti $8,670.63 səviyyəsindədir. Bu, gün ərzində 15% dəyər itgisi deməkdir. Məlumat üçün biuldirək ki, bu qiymət ötən ilin noyabr ayında qeydə alınmışdı.
“Bitcoin”nin bazar kapitalizasiyası da enməkdədir hazırda $146 milyard təşkil edib.
Kriptovalyutanın azalmasına əsasə səbəblərdən bir Hindistanda rəqəmsal valyuta imkanlarının məhdudlaşdırcı tədbirlər və “Facebook”da reklamına qadağa qoyulmasıdır.
“Bitcoin”nin digər rəqibləri də dəyərsizləşmədə eyni istiqamətdə irəliləyirlər.