“AzerGold” dövlət qızıl mədəni şirkəti “İntertek Azeri Ltd” MMC-yə mədənçilik laboratoriyasının idarəetmə hüquqlarını verib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, tərəflər arasında müqavilə yanvarın 10-da imzalanıb. Müqavilənin qiyməti 5 milyon 380,6 min manatdır. Tender ötən ilin iyulunda keçirilib.
Bu barədə Turan məlumat yayıb.