Əziz Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamda deyilir.
“Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilsin.” – deyə sərəncamda deyilir.
Qeyd edək ki, İ. Əzizov bundan əvvəl Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
Xatırladaq ki, qeyd edilən vəzifə yay aylarından bu tərəfə vakant idi. Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev ötən ilin 1 iyulunda vəzifəsindən azad olunmuşdu.