Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərmişdir.
Banker.az xəbər verir ki, bvu barədə Azərbaycan Mərkəzi Bankı sədri Elman Rüstəmov 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda bildirib.
Baş bankir bildirib ki, tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd.$ artaraq ilin sonuna 42 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5.3 mlrd. ABŞ dolları təşkil etmişdir.