11 C
Baku
Monday, November 25, 2024

Proqnoz: Kriptovalyuta bazarı daha 25% darala bilər

Qlobal kriptovalyuta bazarının kapitallaşması 400 mlrd. dollar səviyyəsindən aşağı qalmaqda davam edir.

“Coinmarketcap.com” saytına istinadən, fevralın 2-də bu səviyyədən aşağı düşən məcmu kapitallaşmanın həcmi istirahət günlərində bir qədər bərpa olsa da, hələ də 400 mlrd. dollar həddindən aşağıdır.

Qeyd edək ki, kriptovalyuta bazarının tarixi rekord kapitallaşma həcmi yanvar ayının 7-də 832 mlrd. dollar səviyyəsində qeydə alınıb. Hazırda bazarın məcmu kapitallaşması tarixi rekord səviyyədən 2,1 dəfə və ya 52% aşağıdır və 396 mlrd. dollar təşkil edir.

Yerli analitik qrup “Report” qısamüddətli perspektivdə kriptovalyuta bazarının kapitallaşma həcminin daha 20-25% azala biləcəyini istisna etmir. Məcmu kapitallaşmanın 300 mlrd. dollar səviyyəsinə qədər geriləməsi ehtimalı var. Lakin daha sonra bazarda sürətli kəskin artım proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər