7 C
Baku
Thursday, December 12, 2024

Məşhur banklar kredit kartı ilə kriptovalyuta əməliyyatlarını qadağan etdilər

İngiltərə və ABŞ sakinləri kredit kartlardan istifadə edərək kriptovalyuta tranzaksiyalarını keçirdə bilməyəcəklər.

Bu məhdudlaşdırıcı proses ABŞ-ın Bank of America, Citigroup və JP Morgan Chase bankları və İngiltərənin Lloyds Bank, Bank of Scotland, Halifax, MBNA banklarının müştərilərinə şamil olunacaq. Bu cür qərarı banklar bitcoin və altcoinlərin qiymət göstəricilərinin dəyişilməsi ilə əlaqələndiriblər. Bitcoinin qiymətinin düşməsi ucbatından kredit kartlardan istifadə edərək kriptotranzaksiyaların keçirilməsinə ilk qadağa Yanvar ayında başladı.

Həmin vaxtda Capital One və TD Bank adlı banklar bildirmişdilər ki, təhlükəsizlik baxımından onlar bitcoin tranzaksiyalarının keçirilməsini dayandırıblar. Fevral ayının əvvəlində isə İngiltərənin və ABŞ-ın böyük bankları da bu yolla getməyi qərara aldılar. Bloomberg saytının məlumatlarına əsasən JP Morgan Chase, Bank of America və Citigroup kimi banklar artıq kredit kartları vasitəsilə bitcoin və digər kriptovalyuta tranzaksiyalarına qadağa qoyublar.

Bununla belə hələ Yanvar ayında JP Morgan Chase bankının müştəriləri bu cür maliyyə əməliyyatlarının keçirilməsi imkanına sahib idilər. Lakin 3 Fevral tarixindən başlayaraq bu qadağa qüvvəyə mindi. Bu qadağa bütün kredit kart sahiblərinə (həm şəxsi həmdə korporativ) şamil olunur. Lakin sadalanmış bankların müştəriləri hələ də debet kartları vasitəsilə bitcoin ala bilərlər. Bankların bu cür qadağanı qəbul etmələrində bir neçə səbəb var. Onların arasında kriptoalyutaların qiymətlərinin düşmələri fonunda müştərilərin öz borclarını banklara qayatara bilməyəcəkləri, müştərilərin kredit kart məlumatlarının hackerlərin əllərinə keçməsi, kriptovalyutalar vasitəsilə külli miqdarda pul yuma var.


©Technote.az

Son xəbərlər
Digər xəbərlər