9 C
Baku
Thursday, December 12, 2024

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təsdiqlənib – fərman

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqinə başlanılıb.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin fərmanında deyilir.

Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti və bir sıra icra orqanlarına bununla bağlı tapşırıqlar verilib.

Qeyd edə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna bir sıra 4-1-ci maddədə, yəni, sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsünə əlavələr edilmişdi.

Bura sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünüb.

2-ci bəndə isə əlavə edilib ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.

Əlavə olaraq sonuncu maddədə, sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirləcəkdir.

Son xəbərlər
Digər xəbərlər